Qidalanma və piylənmənin idarə edilməsi üzrə mütəxəssis Dyt.Aminə.Radjabova: "Ev şərəitində yalnış edilən pəhrizlərin əleyhinəyəm"

- Aminə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bildiyimiz kimi piylənmə müasir dövrümüzün aktual səbəblərindən biridir. Təssüflər olsun ki, çox xanımlar və bəylər də bundan əziyyət çəkirlər. Bu da onların şəxsi həyatına qədər təsir edir. Ətrafımda buna şahid olduqdan sonra bu sahəni çox araşdırdım və təhsilini almağa qərar verdim. Şükürlər olsun ki, bu yolda çox böyük uğurlar və nəticələr əldə etdim.
- Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Artıq yeddi ildir ki, bu sahə üzrə çalısıram. Onu da qeyd edim ki, bu işə başladığım zaman tələbə adını da qazandım və bildiklərimin az olmasına baxmayaraq, çox çalışdım. Araşdırdım və oxudum. Bəzən üç saat yuxu yardım və çox şükür bu güne, gözəl nəticələr əldə etdim. İşimi çox sevirəm və buna görə də nəticələrimiz mükəmməl olur.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Müxtəlif vebinarlara, seminarlara qoşulmuşam. Pasiyetnlərlə psixoloji seansların keçirməsinin dərinliyini mənimsəmişəm. Çünki bildiyiniz kimi, bəzən pasiyentə psixoloji olur və ona görə də dəstəyi tam vermək məqsədi ilə əlavə dərslərə qoşulmuşam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar bizə yeniyetmə balalarımızın müraciəti daha çox olur. Təəssüflər olsun ki, düzgün balanslı qidalanmadıqları üçün artıq çəkidən əziyyət çəkirlər. Bu da onların şəxsi həyatlarına, gələcək həyatlarına təsir edir.
Ona görə də bir valideyn olaraq uşaqlarımızı dərsə göndərdiyimiz zaman onların qidalanmasına da dərslərinə diqqət etdiyimiz kimi etməliyik. Onlara düzgün qidalanmağı öyrətməliyik. Düzgün qidalanmağa əvvəlcə özümüz riayət etməliyik. Unutmayaq ki, biz nə ediriksə, balalarımız da bizdən nümünə götürüb təkrar edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Bir mütəxəssis olaraq ev şəraitində yalnış edilən pəhrizlərə "yox" deyirəm. Bu etdiyiniz pəhriz sayılmır və bədəndə toxluq, aclıq balansını pozur. Bu zaman həzmimizdə böyük problemlər yaranır və pəhriziniz bitdikdən sonra bədən iki qat yemək tələb edir və daxili piylənmə sürətlə baş verir. Unutmayaq ki, bağırsaqlarımız bizim ikinci beynimizdir. Əgər düzgün işləməsə, daxili orqanların sıradan çıxmasına kimi gətirib çıxarda bilər.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq çox çətin biriyəm. Həm də çox məsuliyyətliyəm. Pasiyentlərimlə rəfiqə kimi olmağa çalışıram ki, bu da diyet sözündən qorxan pasiyentlərimizə çox faydalı olur.
Çox səbrli və təmkinli biriyəm. Amma bir yere qədər . Yalanı ve hörmətsizliyi keçə bilmirem. Düzdür, ideal biri yoxdur. Menim de qüsurların var. Amma ən gözəl insan, məncə odur ki, qüsurlarını hiss etdiyi anda özü-öz üzərində çalışıb, onu aradan qaldırsın. Unutmayaq ki, bizi-bizdən başqa heç kim gözəl taniya bilməz. Mən özümü necə göstərəcəyəmsə, siz elə görəcəksiniz, daxili aləmi bilmədən. Yalansız və səhvsiz düzgün həyat tərzi keçirtməyi bacarmaq lazımdır. Ən azından, vicdanımızla tək qalanda utanmayaq...
- Ailəlisinzimi?
- Xeyr, ailəli deyiləm.. Həyatda sevdiyim, canımdan belə keçəcəyim iki kişi var. Oğlanlarım Əli və Adəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara düzgün həyat tərzi keçirtməyi məsləhət görürəm. İdeal çəkidə olmaq tək estetik cəhətdən deyil, sağlamlıq cəhətdən çox vacibdir. Nəticələrimizdən də görürük ki, ideal çəkisində olan bir xanım və ya bəy özgüvənli olur, digərlərinə nisbətən daha xoşbəxt və uğur əldə etmiş olurlar. Sağlam qidalandıqları üçün sağlam düşünüb, sağlam inkişaf edirlər. Ondan əlave, bizim menyuya əsasən yeni B.K.I əsasən qidalandıqları üçün dırnaqları möhkəm olur, dərilərində olan problemlərdən qurtulurlar və saçlarında uzanma, tökülmə dayanır. Çünki estetik təbii gözəllik bizim daxilimizin əlamətidir. Daxil sağlam olarsa, üzümüzə yansıyır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, xanımların bir nömrəli sevdiyi biri olacağam. Bu da məni çox xoşbəxt edir. Bildiyiniz kimi, indiki zamanda təəssüflər olsun ki, xanımlarda həm cinsinə qarşı nifrət olur. Bir kişi tərəfindən sevilmək çox asandır. Bir xanım tərəfindən sevilmək isə çox çətindir. Mən isə xanımların sevimlisi olduğuma görə çox xoşbəxtəm. Onlardan aldığım gözəl mesajlar məni daha da həvəsləndirir və yalnış seçim etmədiyim üçün çox xoşbəxt oluram. Dəyərli xanımlar və bəylər, siz də xoşbəxt olmaq istəyirsinizsə, ən əsası düşüncələrinizi dəyişmək istəyirsinizsə və yeməyə olan aslılığınızın aradan qalxmasını isteyirsinizə, o zaman vaxt itirmədən əlaqə nömrəmizə yazmağınızı məsləhət görürəm. Diet sözündən təəssüflər olsun ki, çox insanlar qorxurlar. Ancaq mənimlə diyetiniz əyləncəli olacaq. Həm də qorxularınızı yox edəcəksiniz. Ən əsası isə ömür boyu diyet etməye mecbur olmayacaqsınız. Bir həftədə diyet adı altında ac qalıb iki qat çəki almayacaqsınız. Özünüzü bu düşüncədən çıxdıqdan sonra daha çox sevəcəksiniz. Unutmayaq ki, mənim də sehirli dəyənəyim yoxdur. Mən savadımla sizə kömək edəcəm. Nə qədər düzgün şəkildə əməl etsəniz, nəticə bir o qədər gözəl olacaq.
Əlaqə nömrəsi: (077) 333 48 60