DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı Fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün, 2 iyul - Azərbaycan Polisi Günü elan edilib.