Təsviri incəsənət müəllimi Sara Əliyeva: "Sevgi ilə böyüyən hər bir uşağın gələcəyi, əlbəttə, gözəl və xoşbəxt olacaq"

- Sara xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, mən müəllim adından yüksək bir ad tanımıram. Həqiqətən də bu belədir. Müəllim peşəsi ən şərəfli peşədir. Mən şagird olarkən müəllimlərim də mənə bu cümləni tez-tez xatırladırdı. Onların sözlərindən ilhamlanaraq müəllim olmaq istədim. Əslində elə bir sahə istəyirdim ki, insanları ruhlandıran, onlara motivasiya verən və yaradıcılıq tələb edən peşə olsun. Üç sənəti düşünürdüm və üçü bir arada. Həm müəllim, həm psixoloq, həm də modelyer olmaq istəyirdim. Allah elə qismət etdi ki, istədiyim üç sənət bir arada təsviri incəsənət müəllimi oldum. Nə yaxşı ki, bu sahənin müəllimi olmuşam. Bu gün həm işimi çox sevirəm, həm şagirdlərimi və həmçinin də özüm şagirdlərim tərəfindən çox sevilirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2017-ci ildən etibarən təsviri incəsənət müəllimi olaraq fəaliyyət göstərirəm. Yəni, 7
yeddi ildir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən hazırda iki məktəbdə və bir psixoloji mərkəzdə çalışıram. Məktəbdə işləməyə başlayarkən uşaqların təsviri incəsənətə marağı çox az idi. Mən onlara bu sahəyə maraq yaratmağı bacardım. Onları bu sənətə həvəsləndirmək üçün rəsm əsərləri dəfələrlə sərgi edib, diplomlarla mükafatlandırdım, onlar üçün maraqlı tədbirlər təşkil etdim, onlarla birlikdə dərnəklər, gəzintilər, pikniklər, əyləncəli vaxtlar təşkil etdim və bir çox maraqlı dərslər keçdim. Onların təhsilə olan marağını hər gün bir az da artırmaq üçün əlimdən gələni edirəm. Şagirdlərimin də uğurları kifayət qədərdir. Bu da məni çox sevindirir.
- Fəaliyyətiniz dövründə hansı uğurları əldə etmisiniz?
- Fəaliyyət göstərdiyim bu yeddi il ərzində mən və şagirdlərim olaraq bir çox uğurlar əldə etmişik. Müəllimliyə başladığım ilk ilk altı ayda məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla mükafatlandırdım. Səbəb uşaqlara sənətimə qarşı yaratdığım sevgi idi. İlk aylardan etibarən hələ 19 yaşlı müəlliməliyə yeni başlamış bir gənc müəllimə olaraq artıq şagirdlərimlə rəsm sərgiləri etmişdik. Bunun özü böyük bir uğur idi bizim üçün.
Və elə işlədiyim ilk illərdə yaxşı müəllim olduğum üçün adım Sabirabad müəllimləri kitabına salınmışdır. Bu kitaba rayon üzrə ən yaxşı və uğurlar əldə etmiş müəllimlər yer alır. Daha sonra məktəbdə təşkil etdiyim sərgilər və tədbirlərə görə məktəb rəhbərliyi tərəfindən ikinci diplomu almışam. Və daha sonra iki məktəbdə təşkil uşaqlar günü ilə əlaqədar olaraq təşkil etdiyim şagirdlərimin rəsm və əl işlərindən ibarət sərgidən yenə məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılmışam. Vətənpərvər şagirdlər böyütməyi əsas məqsəd bilərək böyük və təntənəli şəkildə bir neçə məktəbin iştirakı ilə təşkil etdiyim Zəfər tədbirində də fəxri fərman almışam. Bu vətənpərvər işlərimə görə Sabirabad rayon veteranlar sədri tərəfindən fəxri fərman almış müəlliməm. Və həmçinin yeni işlədiyim psixoloji mərkəzdə təşkil etdiyim sərgiyə görə mükafat almışam. Şagirdlərimin isə uğurları bitməz. Mənim çox qabiliyyətli şagirdlərim var. Bunu nəinki mən, bir çox insan deyir. Onların başqa bir şəhərdə, Şirvan Dövlət rəsm qalereyasında rəsmləri sərgi olunub və mükafatlandırmışlar. Və həmçinin təşkil etdiyim sərgilərdə də bir çox mükafat almışlar. Bu şagirdlərimindən bir çoxu bu sənəti sevdiyi üçün təsviri incəsənət müəllimidir. Bu isə düşünürəm ki, mənim ən böyük uğurumdur. Və incəsənətlə bağlı olan peşələrdə tələbədirlər. Və oxuduğu məktəblərdə bununla bağlı mükafatlar almışlardır. Şagirdlərim bir çox müsabiqələrdə yer tutublar. Şagirdlərimdən çoxu dizayner, memar, modelyer, rəssam və başqa incəsənət sahəsində olan peşələrə tələbə olmaq üçün hazırlaşırlar. Onlara arzularına çatmaqlarını arzu edirəm. Və bu yolda da böyük uğurlara imza atmaqlarını istəyirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim uşaqlarda sevgi yaratmaqdır. Onlara müəllim və təhsili sevdirməkdir. Onda aldığımız nəticələr daha da gözəl olur. Sevgi ilə böyüyən hər bir uşağın gələcəyi, əlbəttə, gözəl və xoşbəxt olacaq. Hər bir uşağa onun özü kimi yanaşmaq lazımdır. Nəzərə almalıyıq ki, biz də şagird olmuşuq. Ona görə də, uşaqları sevmək və hər birinə bir şəxsiyyət kimi yanaşmaq çox vacib məsələdir.
- Hansı yaş qrupuna aid uşaqlarla çalışırsınız?
- Beş yaşdan on yeddi yaşa qədər olan bütün şagirdlərə dərs deyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olu?
- Daha çox təsviri incəsənətlə bağlı muraciətlər olur. Bir də ki, rəssamlığa, modelyerliyə, dizaynerliyə həvəsi olan şagirdlər müxtəlif suallarla mürəciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Mən çox istərdim ki, hər bir valideyn uşağı öz sevdiyi peşəyə yönəltsin. Uşağın peşə seçimində onu sərbəst buraxsın. Çünki insan sevdiyi işlə məşğul olanda əldə etdiyi nəticələr də daha gözəl olur. Bir də ki, bəzi valideynlərin qız uşaqlarını təhsildən uzaqlaşdırıb erkən nikaha cəlb etməklərinə "yox", deyirəm. Daha bir məqama diqqət çəkim. Çox istərdim ki, öz üzərində işləmək istəyən müəllimlər və şagirdlər üçün təmənnasız kurslar təşkil olunsun.
- Xarakter olaraq necə birisiniz?
- Şən, pozitiv, gülərüz, hamıyla mehriban bir insanam. Bir də ki, mükəmməlliyyətçiyəm. Hər şeyin ən gözləni etməyə çalışıram.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Demək istəyirəm ki, müəllimlik müqəddəs bir peşədir. Bu peşənin sahibləri nə hər zaman hörmət edin. Hz. Əli demişdir, mənə bir hərf öyrədənin köləsi olaram. Müəllimləri sevin. Bu peşə heç kimə çətin gəlməsin. Əgər müəllim olmaq arzunuz varsa, arxası ilə gedin. Bir gün yaxşı ki, müəlliməm deyəcəksiniz! Həyat çətinliklərə doludur. Uğura çatmaq üçün müəyyən çətinliklərdən keçmək lazımdır. Həyatı sevin, yaşamaq gözəldir. Sevdiyiniz işlə məşğul olun.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün hərkəsin sevdiyi bir müəllim olaram və şagirdlərimin qəlbində hər zaman yaşayaram. Bir də ağlıma gəlməzdi ki, bu sahədə bu qədər uğurlar əldə edə bilərəm. Yaxşi ki, müəlliməm.
Instagram: @art_terapiya.sara