Modelyer Mehriban Həsənova:"Hər kəsə sevgi ilə yanaşmağı üstün tuturam"

- Mehriban xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə uşaq vaxtlarımdan maraq göstərsəm də, mən sahə olaraq riyaziyyat fakültəsini oxuyub bitirdim və öz ixtisasım üzrə 12 il çalışdım. Buna baxmayaraq, tələbəlik illərimdə moda sahəsini dərindən öyrənməyə başladım. Demək olar ki, çalışdığım müddətdə modelyerliyə olan marağım getdikcə məndə daha uğurlu alındı və mən mütəxəssislərdən dərs aldım. Peşəkar dizayner olmaq üçün öz üzərimdə dayanmadan çalışdım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 15 ildir ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Günümüzdə və gələcəkdə geyimləri və geyimləri tamamlayan aksessuarları dizayn edib, eskiz yaradıram. Eskizi lekalda hazırlayıram, bu mənim işimin ən vacib hissəsidir.
- İş prinsipiniz nədən ibarətdir?
- İs prinsipim hər şeydən əvvəl işimdə dürust olmaqdır. İnsan necə öyrənirsə, elə də öyrəşir mənə görə.
- Hansı yaş qrupuna aid tələbələrə çalışırsınız?
- 15 yaşdan yuxarı olan hər kəsə bu işin sirlərini öyrətməyə hazıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Moda evi individual olaraq şəxsə görə hazırlandığına görə, ən çox ziyafət geyimləri üçün müraciət olunur.
- Bir mütəxəssis olaraq nəyin əleyhinəsiniz?
- Bir mütəxəssis olaraq geyimə uyğun olmayan yalnış parçalardan model seçiminə ve hər hansı bir rəsmi göstərib bədən quruluşuna uyğun olmadığı halda, onu icra etmək istəklərinin əleyhinəyəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq insanlara dostluq əli uzadan və daima yardım etməkdən zövq alan biriyəm. Hər kəsə sevgi ilə yanaşmağı üstün tuturam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Moda yenilikdir. Hər zaman dəyişsə də, çalışaq ki, zövqlü geyinək. Bir də ki, haraya, necə geyinəcəyimizi düzgün seçək. Ən əsası, öz stilinizi bilməliyik. Stilimizi bilmək, əslində hər gün nə geyinəcəyimizi asanlaşdırmaq üçün bir köməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıka gəlməzdi ki, geyimlə yanaşı, insan psixologiyasını dərk edib onlarla səbrirli şəkildə işləyərəm. Həyatda hər şey insanı yaşadığı vəziyyətlərlə kamilləşdirir.
Əlaqə nömrəsi: (050) 229 19 93