Riyaziyyat müəllimi, repetitor Pərvanə Yusifova: "Müəllim özü də müəllimin əsəridir"

- Pərvanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən cümləmə ulu öndərimizin kəlamı ilə başlamaq istəyirəm.”Mən müəllim adından yüksək ad tanımıram”. Bəli, müəllim bəşəriyyətin qurtarıcısıdır deyə bilərəm. Bir millət təhsili ilə inkişaf da edə bilər, tənəzzül də.
Mənə bu şərəfli peşəni sevdirən öz müəllimlərim və özü də müəllim olan anamdır. Onlar sayəsində mən bu peşəni seçib sevmişəm. Düşünürəm ki, müəllimlik peşəsi yeganə peşədir ki, hamının inkişafinda rolu danılmazdı. İstər həkim, istər mühəndis, istər bənna, istərsə də müəllim. Müəllim özü belə müəllimin əsəridir.
- Nəçə ildir ki, bu sahədəsiniz?
- 2012-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. Müxtəlif tədris müəssisələrində çalışmışam, həm dövlət, həm özəl. Hal-hazırda Sumqayıt şəhərində yerləşən EPİ Academy və Nömrə 1 tədris mərkəzində müəllim repetitor olaraq fəaliyyət göstərirəm. İşlədiyim illər ərzində müəllim olmaqdan o qədər qürur duymuşam ki. Hər şeyə rəğmən, hər çətinliyə rəğmən. Mən işləməyə başlayanda artıq 3 övlad anası idim. Bir qadın, bir ana və bir müəllimə olmaq, üstəlik öz işini ailəsi, övladları qədər sevən müəllim olmaq heç də asan olmadı. Yuxusuz gecələr, yorğunluq yol yoldaşım oldu. Və artıq 12 ildən çoxdur ki, mənimlə birgə addımlayır.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Peşəm üzrə ixtisasca riyaziyyat müəllimi olaraq öz fənnimi tədris etməklə yanaşı, şagirdlərdə elmə, təhsilə, həyata sevgi hissini aşılıyıram. Artıq illərdir ki, bu mənim həyat fəlsəfəmə çevrilib. Dərs keçdiyim şagirdlərimin demək olar ki 90 faizi ali məktəb tələbələri, ali məktəb məzunları, seçdikləri sahənin mütəxəsisi, bəziləri isə müəllim olanlardır. Beynəlxalq riyaziyyat olimpiadalarında qızıl, gümüş medal qazanıb ölkəmizi başqa ölkələrdə təmsil edən riyazi istedadlı şagirdlərim var ki, onlarla qürur duyuram.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim dürüstlük, şagirdlərimə ciddiyət və səmiyyət hissini bir arada aşılamaqdır. Bunun onların təhsilinə nə kimi rolu var deyə soruşsanız, inanın ki, çox böyük rolu var. Bir işdə dürüst olmaq şagirlərdə müəllimə qarşı müsbət fikir formalaşdırır ki, bu da çox vacib amildir. Ciddiyyət dərsə olan məsulıiyyəti dərk etmək üçün çox önəmlidir. Səmiyyət isə fənnə və müəllimə sevgi ilə yanaşmalıları üçün mütləqdir. Bu 3 faktor mənim həyat və iş prinsipimdir.
- Hansı yaş qrupuna aid şagirdlərlə çalışırsınız?
- Əsasən 5-11 ci siniflərə dərs keçirəm. Amma şagirdlərim içində yaşıdlarım da var. Belə ki, oxumağın heç vaxt gec olmadığı onların timsalında digər yaş qrupunda olan şagirdlərimə ən böyük örnəkdir. Çox təəssüf ki, ya şərait ya da müəyyən çətinliklər bizim oxumaq istəyən gənclərimizə maneə olur. Onlara əl tutmaq, dəstək olmaq, motivasiya vermək mənə mənəvi dinclik verir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Mənə müraciətlər ən çox dərs mövzusunda, şagirdlərin ali məktəblərə qəbul olması üçün təkan olmaq, aşağı sinif şagirdlərinin daha da təkmilləşməsi məqsədi ilə dəstək olmaq üçün olan valideynlər tərəfindən olunan müraciətlərdir ki, onları da sevə-sevə dinləyib istəklərinə və öz tələblərimə uyğun davranıram.
- Bir mütəxəssis olaraq nəyin əleyhinəsiniz?
- Bir müəllim olaraq gənclərin intiharına və təhsilsiz həyata yox deyirəm! Gənclərə, balalarımıza təhsilin vacibliyini çox erkən yaşdan aşılamaq lazımdır, amma onunla da bərabər onların həyatının nə qədər sizlər, bizlər, cəmiyyət üçün dəyərli, qiymətli olduğunu bildirmək lazımdir.
- Xarakter olaraq necə birisiniz?
- Şagirlərimin fikri ilə deyəcəm bunu: əsəbi olanda vahiməli, mülayim olanda isə sevimli və pozitiv biriyəm. Öz özümü isə belə xarakterizə edərdim, vəfalı, sadiq, keçmişini gələcəyinə bağlayan, haqqını verə biləcək öz güvənə malik, hər anı doya-doya yaşamağı bacaran və həyatdan zövq alan bir insanam.
- Ailəlisinizmi
- Necə deyərlər, hər güclü kişinin arxasında bir güclü qadın var. Mən bunun hər iki variantını düzgün hesab edirəm. Baxmayaraq ki, tədris etdiyum fənn dəqiq fənndir, amma bu fikirdə iki doğru cavab var. Yəni, hər güclü qadının da arxasında, yanında, bir güclü kişi var. Bəli, artıq 19 ildir həyatın hər anını birlikdə yaşadığım ailəm var. Evdə mənə ana və eyni zamanda müəllimə deyən müraciət edən 3 övladımın həm anası, həm də müəllimiyəm. Ətrafımda mənə mənəvi dəstək olan valideynlərim, ailəm, sevənlərim, şagirdlərim olduğu üçün çox xoşbəxtəm.
- Oxucara nə məsləhət görürsünüz?
- Həyatı sevin, həyatdan zövq alın, çünki bu həyatı birdə yaşamaq kimi şansımız olmayacaq. Əziz valideynlər, övladlarınızın yanında olun, onları sevin, hər uğurunu hər məğlubiyyətini sizinlə paylaşmağa icazə verin. Qoy onlar sevgini sizdə tapsınlar, onların həyatını məhvə aparan insanlarda yox. Bir-birinizə nə qədər dəyərli olduğunuzu utanmadan deyin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bəli, mən bu işi seçərkən düşənməzdim ki, şagirdlərim tərəfindən bu qədər sevilərəm. Sevgi paylaşdıqca çoxalır həqiqətən də. Bunun məndə yaratdığı xoşbəxtçiliyi nə sözlərə, nə cümlələrə sığdıra bilmərəm.Və hər zaman dediyim sözlə yekunlaşdırmaq istiyirəm müsahibəmi - nə yaxşı ki, müəlliməm.
Əlaqə nömrəsi: (050) 649 06 46