Pediatr Zarina Şixzadayeva: "Uşağınızın sağlamlığını savadlı bir mütəxəssisə həvalə edin"

- Zarina xanım, niyə məhz bu peşəni seçdiniz?
- Düşünürəm ki, burada irsi amil rol oynayır. Bir həkim ailəm var və uşaqlıqdan bəri tibbə, yəni pediatriyaya olan sevgim inkişaf etmişdir.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 2024-cü ilin sentyabr ayında 14 il olacaq.
- Hansı nailiyyətləriniz var?
- 2017 - Türkiyə, Stanbul, TIP DİL (İngilis dili).
2020 - Bakı, PROACT təlim proqramı, "Təməl Həyat Dəstəyi (BLS)".
2020 - Bakı, PROACT təlim proqramı, "COVİD-19 xəstələrin xəstəxanada idarə olunması".
2020 - Bakı, PROACT təlim proqramı, "COVİD-19 virus infeksiyasının müalicəsi və profilaktikası".
2021- "Qan və sidik analizlərinin normativləri. Uşaqların fiziki inkişaf qrafikləri" (1-ci nəşr) kitabın müəllifi.
2021 - Izmir, Türkiyə, Tınaztepe Hastanesi, Neonatolojoji ve Pediatri.
2022 - İzmir, Türkiyə, EGE Hastanesi, Genel Pediatri.
2023 - Austria, Salzburg, The Children's Hospital of Philadelphia and The Medical University of Graz, Pediatric Endocrinology and Nephrology seminars.
2023- "Qan və sidik analizlərinin normativləri. Uşaqların fiziki inkişaf qrafikləri" (2-ci nəşr) kitabın müəllifi.
Hər il - Azərbaycan Pediatriya Cəmiyyətinin Milli konqresləri və s.
- Hansı yaş qrupuna aid uşaqlara çalışırsınız?
- Sıfır aydan on səkkiz yaşına qədər uşaqlarla işləyirəm.
- Pediatrın iş prinsipi nədən ibarətdir.
- Pediatr 18 yaşadək uşaqların fiziki və nöropsik inkişafını qiymətləndirən, bir sıra xəstəliklərin qarşısının alınması və müalicəsi ilə məşğul olan bir mütəxəssisdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Uşağın zəif iştahı; Uşaq tez-tez xəstələnir; körpələrin qidalanması; check-up üçün hansı laboratoriya testləri və necə düzgün keçmək olar? Daha çox bu və digər məsələlərə bağlı müraciətlər və suallar olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərindən xahiş edirəm ki, uşaqları çöpçüyə aparmasınlar. Uşağınızın sağlamlığını savadlı bir mütəxəssisə həvalə edin, uşağınıza xəsarət yetirməyin.
Əlaqə nömrəsi: (051) 305 99 38
Instagram:
dr_zarina_shikhzadayeva
Facebook:
Zarina Shikhzadayeva
TikTok:
@zarinashikhzadayeva
e-mail:
[email protected]