Dr.kosmetoloq Röya Əhəd: "İşimi vicdanla icra etmək əsas iş prinsipimdir"

- Röya xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən özümü dərk edəndən bu sahəni çox sevmişəm. Ona görə də bu sahəyə gəlmək qərarına gəldim. İşimi çox sevirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiya aid bütün prosedurları icra edirəm. Heç bir istisna yoxdur.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimi vicdanla icra etmək və irəli getmək əsas iş prinsipimdir.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox botoksla bağlı müraciət edirlər.
- Sizi fərqləndirən nədir?
- Süni dolğulara qəti surətdə işləmirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Süni dolğulara "yox" deyirəm. Bir də ki, bəziləri kosmetologiyani çox ucuzlasdırıb. Bunun əleyhinəyəm.
- Xarakter olaraq necə birisiniz?
- Ədalətli biriyəm. Ürəyi yumuşaq və həssas insanam.
- Bəzi xanımlar kosmetoloqlar müraciət edə bilmirlər. Onların ev şəraitində özlərinə qulluq etmələri nə dərəcədə doğrudur?
- Ev şəraitində qulluq etmək olar. Amma elə maskalar var ki, onlar dərini zədələyə bilər. Ona görə də, mütəxəssislərlə məsləhətləşmələri məsləhətdir.
- Son zamanlarda xanımlar vizual olaraq bir-birlərinə oxşayırlar. Buna münasibətiniz necədir?
- Hər kəs özünə bənzəsə, daha yaxşı olar. Ümumiyyətlə, üzdə olan problemləri incə toxunuşlara dəyişdirməyin və təbiiliyin tərəfdarıyam.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz nedir?
- Hər yerindən qalxanın kosmetoloq işləməsini görmək istəməzdim.
- Xanımlara nə demək istərdiniz?
- Hər zaman özlərinə baxsınlar. Özlərini sevsinlər və özlərinə dəyər versinlər. O zaman ətrafınızdakılar da sizə dəyər verib, sizi sevəcək.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün özümə belə bir şərait qura bilərəm.
Əlaqə nömrəsi: (077) 310 08 19