Pedaqoq Sevinc Cəfərova: "Hər bir uşaqdan müsbət nəticə ala bilirəm"

- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllim olmaq uşaqlıq arzum olub. Ona görə də bu peşəni seçdim. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 24 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Fəaliyyətimə sağlamlıq imkanları məhdud olan uşaqlarla işləyərək başladım. Evdə fərdi təhsil məktəbində çalışıram. Problemli uşaqlarla işləmək çox cətin, həm də olduqca şərəflidir. 7 il "Azəri" hazırlıq kursunda fəaliyyət göstərmişəm. Sonra oradan ayrılıb şəxsi olaraq çalışmağa başlamışam. Qeyd edim ki, ibtidai siniflərdə əlavə metodik vəsaitlər kitabının müllifiyəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Hazırlıq üçün həm problemli, həm də ümumitəhsil uşaqlarla məşğul oluram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son illərdə problemlə əlaqədar olan uşaqlar daha çox müraciət edirlər. Məktəbin ən zəif uşağı belə yanıma hazırlığa gələndə cox böyük irəlliləyiş ala bilirəm. Bu da yəqin ki, illərlə qüsurlu uşaqlarla işləyib yığdığım təcrübədən irəli gəlir ki, bütün uşaqlardan müsbət nəticə ala bilirəm.
- Nəyin əlehyinəsiniz?
- Ən sevmədiyim xüsusiyyət mənim yanımda insanların təhqir olunmasıdır. Qətiyyən həzm etmədiyim mövzudur.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim, ünsiyyətcil və prinsipialam biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Sadə, özgüvənli, pozitiv insanları çox sevirəm və hər bir insanda bu xüsusiyyətləri görmək istəyirəm.
Əlaqə nömrəsi: (055) 936 28 96