Klinik psixoloq Səbinə Şirəlizadə əqli zəiflikdən danışdı

- Səbinə xanım, əqli zəiflik nədir?
- Əqli zəiflik fərdin yaşına və inkişaf səviyyəsinə uyğun idrak bacarıqları əldə etmək və istifadə etmək qabiliyyətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyü vəziyyətləri əhatə edir. Əqli zəifliyin diaqnozu 18 yaşından əvvəl qoyulur. İQ testlərində 70-dən aşağı göstəricilərə malikdir.
- Əqli zəifliyin səbəbləri nələrdir?
- Doğum öncəsi səbəblər: ailədə əqli zəifliyi olan şəxsin olması və yaxud genetik səbəblərlə ortaya çıxması. Hamilə qadının alkoqol, maddə istifadə etməsi və yaxud düzgün qidalanmaması səbəbi ilə ortaya çıxa bilər.
Doğuş zamanı səbəblər: Erkən doğuş və ya gec doğuş zehni geriliyə səbəb ola bilər. Doğuş zamanı baş verən qəzalar səbəb ola bilər.
Doğumdan sonra yaranan səbəblər: Ağır psixoloji sıxıntılar, kəllə- beyin travmaları, uşaqlıqda yolxucu xəstəliklər və psixo-sosial amillər məlimdur.
- Əqli zəifliyin dərəcələri:
İQ 70-50 Yüngül əqli zəiflik
İQ 50-35 Orta əqli zəiflik
İQ 35-20 Ağır əqli zəiflik
İQ 20-0 Dərin əqli zəiflik
Müəyyənləşdirilməyən əqli zəiflik
Müalicə üsulları:
Əqli zəifliy üçün aydın nəticə verəcək heç bir müalicə üsulu yoxdur. Ancaq pozuntunun səbəb olduğu neqativləri aradan qaldırmaq mümkündür. Bu səbəbdən əqli zəifliyin səviyyəsinə uyğun olaraq xüsusi təlim keçmək tövsiyə olunur. Standart təhsilin davam etdirilməsi uşağın mənfi təsirə məruz qalmasına və psixoloji cəhətdən sıxıntı yaşamasına səbəb olacaq. Ona görə də xüsusi təhsil dəstəyi və psixoloji müalicə daha yaxşı seçimdir. Müalicə əqli zəifliyi aradan qaldırmasa da, uşağın sosial mühitə uyğunlaşmasını asanlaşdırır və kömək edir, potensialını artırır. Beyin məşqləri zəka üçün əvəzsiz dəstəkdir.
Əlaqə nömrəsi: (070) 260 35 91