Psixoloq Züleyxa Əskərova seçim paradoksundan danışdı

Psixologiyada məşhur effektlərdən biri:
Seçim paradoksu
Seçim nə qədər çoxdursa, bizim bu seçimdən razı qalmaq ehtimalımız da o qədər azdır. Sizin, yəqin ki alıcıların bir çoxunun sonradan keçirdiyi təəssüf hissi yadınızdadır. Hətta bu hal bizim özümüzdə də baş verir. Nəyisə alırsan, ancaq sonra təəssüflənməyə başlayırsan: bunu başqa yerdən daha ucuz almaq olardı, və yaxud başqa model almaq olardı, və yaxud endirimdə olanda almaq olardı və s. Bu hal psixologiyada seçim paradoksu adlanır.
Hətta ən son qərarımız düzgün belə olsa biz razı qalmayacağıq, çünki bizim seçim şansımız çox olub.
Bu paradoksu sübut etmək üçün psixoloq Mark Lepper və Şina Ayenqar belə bir eksperiment keçirirlər. Qurmanlar üçün olan mağazada yüksək keyfiyyətli mürəbbə qoyulur. Birinci eksperimentdə 6 növ, ikincidə isə 24 növ mürəbbə təqdim edilir. Nəticələr belə olur:
- Daha az seçim olanda mürəbbələri 30% insan alır
- Daha çox seçimdə isə yalnızca 3%
Bu paradoks sadə məntiqlə izah edilir:
- Çoxlu seçim zamanı əlavə seçimlər razılıq səviyyəsini aşağı salır
- Alternativlərin çoxluğu alınma dəyərini aşağı salır
- Seçim prosesi yorucu olur
- Üstəlik də günahkarlıq hissi çoxalır: birdən bizim seçimimiz yaxşı olmadı və bundan daha yaxşısı olar bilər?
Seçim paradoksunun sadə həlli budur ki, özünüzə daha az seçim imkanı verin.
Barri Şvarsın dediyi kimi: sizi nə xoşbəxt edirsə, onun üzərində mərkəzləşin və onu da edin.Bu deyildiyi qədər sadə deyil,amma mümkünsüz də deyil.
Hər zaman bir yol daha var, sadəcə dayanmamaq lazımdır.
Əlaqə nömrəsi: (055) 774 50 53
İnstagram: psixoloq_zuleyxaa