Tibb üzrə fəlsəfə doktoru, ginekoloq-endokrinoloq Ləman Seidova: "Pasientə düzgün diaqnoz qoymaq əsas iş prinsipimdir"

- Ləman xanım, necə oldu ki, həkim oldunuz?
Həkim olmaq uşaqlıq arzum olub. Hətta gəlinciklərin üzərində "cərrahi əməliyyat"lar icra edirdim. Bu istək məni həkimliyə gətirdi. Qeyd edim ki, nəslimizdə yeganə həkim mənəm. Nə yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- İyirmi ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərirəm. Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirmişəm. İki il ordinatura, üç il isə aspiratnuranı Rusiya Federasiyasında bitirmişəm. Tüp bəbək üzrə ixtisaslasmışam. 14 il Moskva şəhərində ginekoloq-endokrinoloq kimi çalışmışam. Hal-hazırda fəaliyyətimi Azərbaycanda davam etdirirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bütün ginekoloji xəstəliklərin müayinəsi və müalicəsi, sonsuzluq üzrə müalicə, eyni zamanda süd vəzi xəstəliklərinin müalicəsi və s. ilə məşğul olaram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Endokrinoloji xəstəliklər həddindən artıq çoxalıb. Bunun da əsas səbəbi geni dəyişdirilmiş qidalar və insanların yaşadıqları stresslərdir
- İş prinsipiniz nədən ibarətdir,?
- Pasientə düzgün diaqnoz qoymaq və onu səbrlə dinləmək mənim əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Çox pozitiv insanam. Qarşımdakı insanın dinləməyi bacarıram. İşimdə çox tələbkaram
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- İnsanların öz sağlamlıqlarına qarşı laqeyd yanasmaqlarına və artıq çəkiyə qəti surətdə "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- İldə heç olmasa bir dəfə profilaktik müayinələrdən keçsinlər. Çünki vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa
- Ağlıma gəlməzdi ki, bəzi pasientlər həkimin məsləhətlərinə qulaq asmayaraq özlərini müalicə ilə məşğul olarlar.
Əlaqə nömrəsi: (055) 888 01 90