Vaqif Əsədovdan Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərimizə təbrik!
Bakı Şəhər Baş Polis İdarəsinin sabiq mətbuat katibi, polis polkovniki Vaqif Əsədov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçuları təbrik edib.
Təbrikdə deyilir:
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin bütün hərbi qulluqçularını, veteranlarını və Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir vətəndaşımızı ürəkdən təbrik edirəm.
Müstəqil Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin qorunmasında Silahlı Qüvvələrimizin əvəzsiz rolu vardır. Ordumuz yüksək peşəkarlığı, döyüş hazırlığı və Vətənə sədaqəti ilə xalqımızın qürur mənbəyinə çevrilmişdir.
Bu əlamətdar gündə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Dövlətimizin qüdrətinin və xalqımızın təhlükəsizliyinin təminatçısı olan hərbçilərimizə möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar, ailələrinə firavanlıq arzulayırıq.
26 İyun – Silahlı Qüvvələr Günü mübarək! Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!










