Yaşam koçu Aqif Nəsibov: " 7 yaşına çatmamış uşaqların hər hansı bir idman növünə getməyi doğru deyil"

- Aqif müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Yaxın bir dostum bu sahədə mütəxəssis olaraq işləyirdi, onun təklifi nəticəsində nu sahəyə yönəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 1 ildir ki, artıq bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı isləri icra edirsiniz?
- Autizm, Daun, əqli geri, yaş geriləməsi və s. fərqindəliyi olan pasientlərimizlə iş görürük.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim mümkünsüz kimi görünən inkşafların ola biləcəyini göstərməkdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərin, övladlarını erkən yaşda hər hansı bir idman növünə göndərirlər. Əvvəlcə, bu haqda kiçik bir məlumat verim ki, 7 yaşına çatmamış uşaqların hər hansı bir idman növünə getməyi doğru deyil. Misal: 5 yaşında olan bir uşağın, 7 yaşında olan uşaqla müqayisəsi yanlışdır. Səbəb olaraq isə 5 yaşındakı uşaq, 7 yaşındakı uşağın fiziki bacarıqlarını edə bilməyəcək və bunun üçün isə uşaqda idmana qarşı həvəssiz yanaşma olacaq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Oğlum və ya qızım qaça bilmir, hoppana bilmir, velosiped sürmək, diqqətində problemin olmağı və s. kimi keçici problemlərlə bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Gülərüz, mehriban, bəzən əsəbi biriyəm. Yalan sevmərəm və ən əsası dediyimi edərəm.
- Ailəlisinizmi?
- Ailəli deyiləm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Övladınızın, özünə xidmətini artırmağımız hələ də gec deyil.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki, bu qədər səbrli bir insan olaram, həqiqətən səbr demək olar ki, bir çox şeyin açarıdır...
Əlaqə nömrəsi: (051) 664 25 53