Bakının bəzi hissələrinə yağış yağıb, digər yerlərində havanın yağmursuz olmasının səbəbi açıqlanıb

Bu gün günorta saatlarında Bakının bəzi hissələrində leysan xarakterli yağış yağsa da, digər ərazilərdə hava mülayim, yağmursuz və günəşli olub.
Məsələ ilə bağlı APA-ya açıqlama verən coğrafiya elmləri doktoru, Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov deyib ki, bu təbiət hadisəsi bəzi topa-yağış buludların üfüqi ölçülərinin kiçik olması ilə bağlıdır:
O qeyd edib ki, bu cür yağışların yağmasının iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur: “İqlim dəyişikliklərindən əvvəl də belə hallar olub”.