Azərbaycanlılar Qazaxıstanda 90 gün vizasız qalacaqlar

Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız qala bilmək müddəti 90 günə qədər uzadılıb.
Bu barədə "Sputnik Kazakhstan" məlumat yayıb.
Bildirilib ki, ölkənin miqrasiya qaydalarında edilən dəyişikliyə əsasən, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin, o cümlədən Azərbaycan, Tacikistan və Ukrayna vətəndaşları 180 gün ərzində Qazaxıstana vizasız daxil ola və 90 gün ölkədə qala bilərlər.
Qeyd edək ki, yeni qaydalar bu gündən qüvvəyə minir.