Ən populyar sosial media platformaları bəlli olub
Texnologiyanın inkişafı ilə insanların sosiallaşa bildiyi sosial media platformalarının sayı son illərdə artıb.
Texnologiya ilə bağlı hesabatlar hazırlayan "StatCounter", 2023-cü ilin iyul ayı etibarilə sosial media platformalarının istifadəçi sayına görə bazar paylarını açıqlayıb. "Facebook"un birinci olması diqqət çəkib.
"StatCounter"in məlumatına görə, dünyada ən populyar olan "Facebook" , istifadəçi sayına görə sosial media bazarının 63,93 % nə hakimdir. "Instagram"ın isə istifadə nisbəti 13,91 % səviyyəsindədir .
Dünyanın ən populyar sosial media platformaları
Sıra | Sosial Media Platforması | İstifadə dərəcəsi |
---|---|---|
1 | "Facebook" | 63,93 % |
2 | "Instagram" | 13,91 % |
3 | "Twitter" | 12,18 % |
4 | "Pinterest" | 4,74 % |
5 | "YouTube" | 3,98 % |
6 | "Reddit" | 0,46 % |
7 | "LinkedIn" | 0,43 % |
8 | Digər Platformalar | 0,37 % |