Ən populyar brauzerlər açıqlanıb
Hazırda internet istifadəçilərinin 62,73 %-i “Google Chrome”a üstünlük verir.
“Safari” isə 20,59 % istifadə nisbətinə malikdir. “Microsoft Edge”, internet istifadəçilərinin 5,3 %-i tərəfindən istifadə edilir.
“Opera”nın istifadə nisbəti 3,01 % olduğu halda, “Mozilla Firefox” isə 2,79 % istifadə nisbətinə malikdir. Xüsusilə “Samsung” telefon sahiblərinin üstünlük verdiyi “Samsung Internet”də bu nisbət 2,44 % təşkil edir.
Ən populyar brauzerlərin reytinqini təqdim edirik:
Sıra | Axtarış | İstifadə dərəcəsi |
---|---|---|
1 | “Google Chrome” | 62,73 % |
2 | “Safari” | 20,59 % |
3 | “Microsoft Edge” | 5,3 % |
4 | “Opera” | 3,01 % |
5 | “Mozilla Firefox” | 2,79 % |
6 | “Samsung Internet” | 2,44 % |
7 | “UC Browser” | 0,9 % |
8 | “Android” | 0,63 % |
9 | “Yandex Browser” | 0,23 % |
10 | Digər | 1,39 % |