"Apple" ilk sensor ekranlı noutbuk üzərində işləyir
"Apple" şirkəti ilk sensor ekranlı noutbukunu hazırlayır.
Bu barədə "Bloomberg" agentliyi şirkətdəki mənbələrə istinadən bildirib.
Məlumata əsasən, “Apple” şirkətinin mühəndisləri bu layihə üzərində fəal işləyirlər ki, bu da şirkətin yeni məhsula ciddi yanaşdığını göstərir. Lakin yeniliyin tətbiqi ilə bağlı yekun qərar hələ verilməyib.