"Windows" virusa yoluxmuş kompüterləri təcrid edəcək
"Window"s-un daxili mühafizə sistemləri virusa yoluxmuş təhlükəli kompüterləri təcrid edəcək.
Bunu İT shəsində ixtisaslaşmış "BleepingComputer" nəşri yazır.
Mütəxəssislərin diqqətini "Windows"da quraşdırılmış antivirus "Microsoft Defender"-in yeni funksiyası cəlb edib. Məlum olub ki, təhlükəsizlik sistemi şəbəkəyə qoşulmuş konkret kompüterin virusa yoluxması üzə çıxarsa onu təcrid edə bilər.