Türkiyədə "Xiaomi"nin istehsalı başlayır
Çinin "Xiaomi" şirkəti Türkiyədə smartfon istehsalına başlayacaq.
Məlumata görə, zavodun açılışı İstanbulda baş tutub.
Qeyd olunur ki, gələn aydan etibarən Türkiyə istehsalı olan "Xiaomi" smartfonlarının yerli bazarda satışı çıxarılacaq.
Zavodun illik 5 milyon smartfon istehsal edəcəyi gözlənilir.