"Microsoft"un ən köhnə proqramı yenilənəcək
"Microsoft" şirkəti yenilənmiş "Bloknot" ("Notepad") tətbiqini təqdim edəcək.
Bu barədə TechRadar nəşri xəbər verib.
Jurnalistlər yenilənmiş proqramın skrinşotlarını sosial şəbəkələrdə yayımlayan korporasiya əməkdaşının məlumatlarına istinad ediblər.
"Windows" ekosisteminin ən köhnə tətbiqlərindən olan "Bloknot" tətbiqi redizayn olacaq.