Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirdi

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirdi

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 167 №-li tam orta məktəbdə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirdi.

Tədbirdə Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynova, məktəbin müəllimi və şagirdləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş olundu.

İradə Hüseynova tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək, bu günün tarixi haqqında məlumat verdi. 167 №-li tam orta məktəbin direktoru Qasım Qasımov və məktəbin metod birləşmənin sədri Xatirə Mirzəyeva çıxış edərək bildirdilər ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürüb. Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə Sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında milli rəqslər nümayiş olundu. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa etdilər. Şagirdlərin iştirakı ilə bayraq haqqında video-məlumat və hərbi-vətənpərvərlik mövzusunda səhnəcik göstərildi.

Mövzu ilə əlaqədar hazırlanan fotostend və kitab sərgisinə baxış keçirildi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*