Uşaqlar üçün “Ucadan oxu”

Uşaqlar üçün “Ucadan oxu”

Bu gün, 15 yanvar tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları “Pley Orena” Məktəbəqədər Tərbiyə Müəssisəsində “Ucadan oxu” keçirdilər. Uşaq şöbəsinin müdiri Sevil Namazova uşaqlara “Dostumun kitabları” seriyasından “Zürafənin boynu necə uzandı” nağılını oxudu. Gözəl fidanlarımız öyrəndi ki, ot yeməkdən bezən zürafənin yarpağın dadına baxmaq üçün ağzını ağaca uzatmaqdan boynu uzanır. Başı göyə çatdığından ulduzla danışır. Nağılın mövzusu uşaqlar üçün əyləncəli oldu.

“Ucadan oxu”dan sonra uşaqlar şeirlər söylədilər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*