Uşaq bezi seçərkən yanılmayaq!!!

Uşaq bezi seçərkən yanılmayaq!!!

Uşaq bezləri müasir anaların əvəzolunmaz köməkçisidir. Bununla yanaşı, qiymətindən dolayı bir çox ailə üçün ailə büdcəsində böyük paya malikdir. Bu durumda seçim etmək üçün nəyə diqqət etməlidirlər, onu cavablandırmağa çalışdım.

Uşaq bezlərinə müxtəlif ətirləndiricilər vursalar da, yaxşısı budur ki, heç bir qoxu gəlməsin, çünki istənilən ətirləndirici uşaqda allergiya olmaq ehtimalını artırır. Reklamlarda gördüyümüz bezin üzərinə tökülən mayenin tez bir zamanda sovrulmasından başqa bezin tərkibinin toksinliyinin az olması, zərərli orqanik bakteriyaların norma daxilində olması və s. buna bənzər labarator şəraitdə müəyyən edilən amillər də çox əhəmiyyətlidir.

Uşaq bezlərinin əsas göstəricilərindən biri də bezlərin maye tutumudur. Misal üçün, doqquz kiloqarama qədəd olan Midi ölçüsü standart olaraq 240 gr maye tutmalıdır və üzərinə basıldıqda isə maksimum 6 gr buraxa bilər. Bu standartlardam aşağı nəticə verən bezlər standartlara cavab vermir, deyə bilərik. Əgər su sovrulduqdan sonra geri buraxılarsa, uşağın dərisini narahat etməklə diskomfort yaradacaqdır. Uşaqda ağrılara da səbəb ola bilər.

Unutmayaq ki, hər bir orqanizm individualdır. Müəyyən bir marka bezin hər hansı bir uşaqda yaxşı nəticə verməsi digər uşaqda da eyni nəticəni verəcək anlamına gəlməz. Universal məsləhət kimi onu deyə bilərəm ki, uşağım bezi mümkün qədər tez-tez dəyişilməlidir. İdealda hər uşaq batırdıqda bez dəyişilməlidir, lakin dörd saatdan gec olmamalıdır. Bu halda bezin nə qədər maye tutması artıq önəmli deyil. Hər bir ana özü uşağın dərisini həmişə nəzarətdə saxlayır və nəticə etibarilə, uşağın dərisinə düşən bezi alır.

Uşaq bezinin ölçüsü necə seçilməlidir?

Düzgün seçilmiş ölçü ananın və uşağın komfortu üçün çox önəmlidir. İstehsalçıların bezin nömrələrinə fərqli yanaşmasından dolayı məsləhət bilirəm ki, üzərindəki kg göstəricilərinə diqqət yetirəsiniz.

Beynəlxalq sağlamlıq asossasiyasının göstəricilərinə əsasən, normal doğulmuş uşağın ortalama çəkisi 3-3,5 kg-dır. Lakin çəkisinə görə daha ağır və zəif uşaqlar da olur. Bez seçərkən üzərindəki çəki göstəricisinin yuxarı rəqəminə fikir verin. Əgər yuxarı rəqəmə yaxındırsa, o zaman bir nömrə böyük götürün. Çünki ilk aylarda uşaqlar sürətlə çəki yığırlar. Yeni doğulmuş uşaqlara bez alarkən pambıq olmasına diqqət yetirin. Çünki bu vəziyyətdə bez daha yumuşaq olur və yaxşı “nəfəs alır”.

Qeyri-qida üzrə ekspert Toğrul Musayev

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*