UNICEF Gəncədə zərərçəkən uşaqlara dəstək göstərəcək

UNICEF Gəncədə zərərçəkən uşaqlara dəstək göstərəcək

“Dünənki Gəncə səfəri zamanı oradakı uşaqların vəziyyəti ilə şəxsən tanış oldum. Ötən həftəsonu daha bir neçə uşağın xəsarət alması ilə bağlı yerində aldığım məlumatlar məni dərindən kədərləndirdi”.

Bunu UNICEF-in Azərbaycandaki Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.

Edvard Karvardin qeyd edib ki, UNICEF bütün mülki şəxslərin və mülki infrastrukturun müdafiəsi ilə bağlı çağırışını təkrar edir: “Bir daha vurğulayırıq ki, döyüşlərin dayandırılması bütün uşaqların ən ali maraqlarına xidmət edəcək. Mən uşaq və ailələrə xüsusilə psixoloji travmaya cavab tədbirləri və uşaqların partlamamış hərbi sursatlardan qorunmasında UNICEF-in dəstəyini təklif etmək üçün Gəncədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə danışdım və biz bu yardımın təcili icra olunmasına razılaşdıq”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*