Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatları davam edi

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatları davam edi

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün təqdimatları davam edir.

Oktyabrın ayının 2-dən etibarən Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının indiyədək 27 ali və orta ixtisas təhsili müəssisəsində təqdimatları keçirilib. Təqdimatlarda ümumilikdə 4000-dən çox birinci kurs tələbələri iştirak edib və tələbələrin könüllülük və onun yaratdığı imkanlar, qazandırdığı təcrübələr haqqında sualları cavablandırılıb. Təqdimatlar müddətində minlərlə tələbə-könüllü kimi Proqrama üzv olub və “BİR” tələbə-könüllülərin sırasına qoşulub.

Həmçinin, növbəti təqdimat isə oktyabrın 22-də Azərbaycan Dillər Universitetində keçiriləcək.

Təhsil müəssisələrinin rəhbərliklərinin də iştirak etdiyi təqdimatlarda Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı barədə tələbələrə ətraflı məlumat verib. Qeyd olunub ki, bu proqram olan 40 ali və orta təhsil müəssisəsini əhatə edir. “BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etməyə geniş şərait yaradır. Bundan başqa, könüllü olmaq tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, karyera imkanlarının genişlədirməyə, şəxsi inkişafı təmin etməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa imkan verir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin 10 şəhərində yerləşən 40 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 23,000-dən artıq könüllü üzvə malik olan Proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 500-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiət etmiş, bir sıra tədbir və aksiyaları təşkil etmişdir. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən Proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*