Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

125-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq “Startup Grind” hərəkatının Bakı cəmiyyəti öz fəaliyyətinə başlayıb. Belə ki, “Startup Grind Baku Hub” 15 Oktyabr tarixində yerli tərəfdaşları olan “Youth Inc.” Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə Silikon Vadisindən olan ekspert və investorun iştirakı ilə ilk tədbiri həyata keçirib.

Dünyanın yüksək texnologiya, innovasiya və media mərkəzi olan Silikon Vadisində yerləşən məşhur investorlar küçəsi olan “Sand Hill Road” barədə və investisiya imkanları barədə “Andreessen Horowitz” şirkətinin həmsədri Scott Kupor iştirakçılarla söhbət aparıb. Görüşün moderatoru “The Wall Street” jurnalının redaktoru Thorold Barker olub. Görüş online formada İnnovasiyalar Agentliyində həyata keçirilib. Startapçılar və sahibkaların iştirak etdiyi görüş böyük marağa səbəb olub. “Startup Grind Baku Hub” davamlı olaraq xarici mentor və ekspertlərin iştirakı ilə beynəlxalq səviyyəli tədbirləri təşkil etməyi planlayır.

Qeyd edək ki, “Startup Grind” hərakatı 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən, ruhlandıran və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Google for Startups”-ın əsas tərəfdaşlığı vasitəsilə 125-dən artıq ölkədə startap ekosistemlərinin yetişdirilməsinə yardım edir. “Startup Grind” hərəkatının əsas istiqaməti uğurlu şirkət qurucularının, novator və təlimçilərin, böyük şirkətlərin yaradılması yolunda təcrübəsini bölüşən investorların iştirak etdiyi aylıq tədbirlərdir. Silikon Vadisində yaradılan “Startup Grind” milyonlarla sahibkara öz işini qurmaqda, strateji tərəfdaşlarla əlaqə yaratmaqda və maliyyələşmədə kömək edir. “Startup Grind Baku Hub”-ın əsas tərəfdaşları “Youth Inc.” Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyidir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*