Səməd Vurğun adına Kiyev şəhər Kütləvi Kitabxanasına Bakıdan göndərilən kitabların təqdimatı keçirildi

Səməd Vurğun adına Kiyev şəhər Kütləvi Kitabxanasına Bakıdan göndərilən kitabların təqdimatı keçirildi

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Səməd Vurğun adına Kiyev şəhər Kütləvi Kitabxanası ilə əməkdaşlıq çərçivəsində Kiyev şəhərində yaşayan soydaşlarımızın və kitabxananın oxucularının müraciətlərini nəzərə alaraq, müxtəlif mövzuları əhatə edən 100-ə yaxın kitab göndərdi. Bunların arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsinə verdiyi töhfələr haqqında toplular, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında kitablar, ensiklopediyalar, uşaq ədəbiyyatı, Azərbaycan ədəbiyyatının klassikləri (Nizami, Nəsimi, Füzuli və s. ) və müasir Azərbaycan yazıçılarının əsərləri və s. kitablar vardır.

Kiyevdəki Səməd Vurğun adına Kütləvi Kitabxanada ”Şeiriyyət ilhama çağırır məni” adlı ədəbi-bədii gecədə sözügedən kitabların təqdimatı və sərgisi keçirildi. Kitabxananın direktoru Qalina Çebotaryova çıxışında Ukraynaya göndərilən kitablara görə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədovaya təşəkkürünü bildirdi.

Tədbirdə Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri, mədəniyyət xadimləri, alimlər, KİV

nümayəndələri, orta məktəb şagirdləri iştirak etdilər.Təqdimat mərasimində “Ukrayna Azərbaycanlıları Elmi Şurası” İctimai Təşkilatının sədri, Ukraynanın Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitunun Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, konqresin nümayəndəsi Əbülfəz Qasımov çıxış etdilər.

Təqdimat mərasiminin bədii hissəsi Səfayə Naibovanın rəhbərliyi ilə 247№-li məktəbin şagirdlərinin çıxışları ilə başa çatdı.




Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*