Kitabxanalar sosial şəbəkələrdə faydalı məlumatlar yerləşdirilir

Kitabxanalar sosial şəbəkələrdə faydalı məlumatlar yerləşdirilir

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə Facebook sosial şəbəkəsində “Sərhədsiz informasiya tribunası” qrupu fəaliyyət göstərir. Layihəyə 18 sentyabr 2018-ci il tarixində start verilmişdir.

Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə informasiya ilə bağlıdır. İşinin xarakterindən asılı olaraq insan fəaliyyətinin müxtəlif sahələrində: elmi-texniki, iqtisadi, siyasi, idarəetmə, kommersiya və s. sahələrə aid informasiya yaranır, toplanır, emal olunur və istifadə edilir.

Bu səhifənin yaradılmasında əsas məqsəd insanların daha çox informasiya almasına yardım etmək və onlara daha çox biliklər əldə etməyə, məlumatlanmağa, dünyagörüşlərini artırmağa kömək etməkdir. Bu səhifədən yaşından aslı olmayaraq bütün insanlar istifadə edə bilir. Səhifənin 2765 üzvü və 1.113 aktif izləyicisi vardır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn ələmatdar və tarixi günlərlə bağlı, Dağlıq Qarabağ münaqişəsi, Milli Qəhrəmanlarımızın, şəhidlərimizin anım günləri ilə bağlı məlumatlar paylaşılır.

Qrupda elmin bütün sahələri üzrə maraqlı məlumatlar öz əksini tapır.

Qrupda materiallar Yasamal, Agcəbədi, Agdaş, Zərdab, Xaçmaz rayon MKS-lərinin əməkdaşları tərəfindən yerləşdirilir.

Lahiyənin ideya rəhbəri Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*