“Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri artır

“Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri artır

Müasir dövrdə kitabxanalar qarşında duran ən vacib məsələlərdən biri uşaq ədəbiyyatının təbliqidir. Bu məqsədlə, Facebook sosial şəbəkəsində “Kitabsevər usaqlar” səhifəsi fəaliyyət göstərir.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən həyata keçirilir. Bu ilin fevral ayında layihənin dörd ili tamam olur. “Kitabsevər uşaqlar” səhifəsinin ideya müəllifi Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, icraçı direktoru – C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri Əsli İbrahimovadır. Səhifə valideynlərə övladlarının mütaliəyə həvəsini və kitaba olan marağını artırmaqla yanaşı, daha çox biliklər əldə etməyə, məlumatlanmağa, dünya görüşlərini artırmağa kömək etmək məqsədi ilə yaradılmışddır.

“Kitabsevər uşaqlar” Facebook səhifəsi bugünədək 11.667 nəfər tərəfindən bəyənilmiş, onun 11.772 izləyicisi vardır. Bu rəqəmlər səhifənin fəaliyyəti nəticəsində artır. Dünyanın bir çox ölkələrində izlənilən “Kitabsevər uşaqlar” səhifəsinin qiymətləndirilməsi təxminən 4,7 olmuşdur.

“Kitabsevər uşaqlar” Facebook səhifəsi haqqında ətraflı məlumat http://yasamal.cls.az/front/files/libraries/81/documents/589631297.pdf yerləşdirilmişdir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*