“Kiçik uşaqların böyük aləmi” mövzusunda “rəsm saatı”

“Kiçik uşaqların böyük aləmi” mövzusunda “rəsm saatı”

Bu gün, 13 fevral tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları “Pley Orena” Məktəbəqədər Tərbiyə Müəssisəsində “Rəsm saatı” təşkil etdilər.

Kitabxananın Uşaq şöbəsinin müdiri Sevil Namazova kiçikyaşlı fidanlara köməklik göstərərək rəsm çəkməyə dair tövsiyələr verdi. Balacalar bir-birindən maraqlı rəsmlər çəkərək öz aralarında rəqabət apardılar. Balacalar böyük həvəslə çəkdikləri rəsmləri nümayiş etdirdilər.

Kitabxananın əməkdaşları uşaq yazarı Gülzar İbrahimovanın “Kak podrujılis skazki” yeni kitabını uşaq bağçasına hədiyyə etdilər.

Sonda bağçanın tərbiyəçisi Lalə Quliyeva kitabxananın əməkdaşlarına öz minnətdarlığını bildirdi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*