İkinci yarımildən təhsilin məzmununda müharibə ilə bağlı dəyişikliklər ediləcək – Nazir

İkinci yarımildən təhsilin məzmununda müharibə ilə bağlı dəyişikliklər ediləcək – Nazir

II Qarabağ müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, bu tədris ilinin növbəti yarımilindən bununla bağlı məzmunda müəyyən dəyişikliklər ediləcək.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, müharibədə əldə olunan qələbədən sonra təhsilin mövzusu bir neçə istiqamətdə dəyişəcək: “Birinci istiqamət əhval-ruhiyyə ilə bağlı məsələdir. İndiyədək hər bir müəllimimizin və təhsilimizin qarşısında duran əsas məsələ o idi ki, gənc nəsli Vətənin müdafiəsinə hazırlayaq. Bu missiya uğurla yerinə yetirilib. Növbəti missiya əldə edilmiş uğurların qorunması, eyni zamanda məktəblilərimizi indiyədək üzləşdiyimiz risklərlə bir daha üzləşməməyə hazırlamaqdır”.

Nazir qeyd edib ki, işğal tarixlərini yadda saxlamalıyıq. Amma bununla bərabər, torpaqlarımızın işğaldan azad edilməsi və əldə edilən uğurlar şagirdlərə çatdırılmalıdır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*