#Evdəqal kampaniyası çərçivəsində oxuculara virtual xidmətlər göstərilir

#Evdəqal kampaniyası çərçivəsində oxuculara virtual xidmətlər göstərilir

Xəbər verdiyimiz kimi, yaranmış vəziyyətlə əlaqədar, mart ayının 15-dən başlayaraq kitabxanalar oxuculara yalnız virtual xidmətlər göstərir: virtual kitab verilişi, virtual səyahətlər, Online aksiyalar və s.

Bu gün yazıçı-nasir, şair, müğənni, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zəka Allahverdiyev (Zəka Vilayətoğlu) M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına elektron məktub yazaraq, onun kitablarını Azərbaycan ədəbiyyatının virtual kitabxanasında yerləşdirilməsini xahiş etmişdir. Zəka Vilayətoğlunun “Milena”, “Sənə bir söz deyəcəm…” və “Bataqlıq” adlı kitabları virtual kitabxanada yerləşdirilmişdir..

Zəka Vilayətoğlunun “Bataqlıq” adlı kitabına, onun müxtəlif illərdə qələmə aldığı povest və hekayələri daxil edilib. Yüksək koloritli bədii dillə qələmə alınan bu nəsr əsərlərində canlı həyat lövhələri, ictimai-siyasi hadisələrin bədii təsviri, müxtəlif tipli insanların peşəkarlıqla sərgilənən xarakterləri oxucunu həyəcanlandıra və uzun müddət öz təsirində saxlaya bilir.

“Sənə bir söz deyəcəm…” kitabı isə Zəka Vilayətoğlunun, nəsr kitablarından sonra ilk şeirlər kitabıdır. Kitaba, müəllifin son illərdə yazdığı şeirlər daxil edilib.

“Araz” Nəşriyyatında işıq üzü görən kitab isə “Milena” adlanır. Kitabda “Milena”, “Bağışlayın, cənab” povestləri və “Külqabı”, “Skripkaçı”,”Armanın ölümü” hekayələri yer alıb. Əsərin leytmotivi Rusiyada yaşayan azərbaycanlıların ümumiləşdirilmiş obrazı olan rəssamdır.

Kitabların tam mətni aşağıdakı linklərdədir:

https://ebooks.azlibnet.az/book-01lat300320.html

https://ebooks.azlibnet.az/book-02lat300320.html

https://ebooks.azlibnet.az/book-03lat300320.html

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*