“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

Bakı Dövlət Universitetində “Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeria Kurmakaeva “Beynəlxalq elmi jurnalların axtarıb tapılması və onlarda nəşr olunmağın yolları” mövzusunda təlim keçib. Təlimdə Universitetin professor-müəllim heyəti, magistrant, doktorant və dissertantları iştirak ediblər. Valeria Kurmakaeva “Web of Science” platformasına daxil olmaq üçün elmi məqalələr qarşısına qoyulmuş tələblər, onları təqdimetmə qaydaları, seçim meyarları, yırtıcı jurnallarla bağlı problemlər, elmi məhsuldarlıqla əlaqədar digər göstəricilər haqqında məlumat verib. O, həmçinin son illərdə dünyada alimləri aldatmaq və pullarını mənimsəmək məqsədilə “yırtıcı jurnallar”ın üzə çıxdığını diqqətə çatdırıb.Bildirib ki, bu tip nəşrlər göndərilən məqalələri tez bir zamanda dərc edir, məqaləyə dair resenziyanı qısa müddətdə verir və ödənişi dərhal tələb edirlər. Bundan əlavə, sözügedən nəşrlərin kollegiya heyəti haqqında heç bir məlumat alimlərlə təqdim olunmur. “Web of Science” platformasında nüfuzlu və impakt faktorlu jurnalların olduğunu deyən Valeria Kurmakaeva, alimləri bu məsələdə diqqətli olmağa çağırıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə istinadı (self-citation) çıxmaq şərti ilə 247 dəfə) istinad olunub. Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web of Science” bazasına daxil olan nəşrlərdə Universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*