Azərbaycanda övladlığa veriləcək 50-dək uşaq var

Azərbaycanda övladlığa veriləcək 50-dək uşaq var

“Hazırda övladlığa veriləcək uşaqların sayı təxminən 50-dir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, Agentlik valideyn himayəsindən məhrum olan hər bir uşağın hüquqi statusla övladlığa verilməsinin mümkün olması üzərində işləyir: “Burada ən vacibi valideynin notarial qaydada uşağının övladlığa verilməsinə razılığının olmasıdır. Yaxud da uşaq itkin düşübsə, onunla bağlı sorğular veririk, məlum olduqda ki, doğrudan da bu uşağın valideynləri yoxdur, o halda onu övladlığa verə bilərik. Hüquqi sənədləşmə Məcəllənin tələblərindən biridir”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*