ADU-nun rektoru Elte Universitetinin nümayəndəsi ilə görüşüb

ADU-nun rektoru Elte Universitetinin nümayəndəsi ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.

Rektor Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. Təhsil ocağının rəhbəri Macarıstan-Azərbaycan arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Rektor, həmçinin Macarıstanın ölkədəki səfirliyi və ADU arasında olan əlaqələrin təhsil sahəsində səmərəli nəticələr verdiyini qeyd edib. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə macar dilinin vacibliyindən söz açıb.

Qonaq Benedek Peri səmimi qəbula görə minnətdarlığını bildirib. O, təmsil etdiyi qurum haqqında məlumat verib. B.Peri, öz növbəsində Azərbaycan-Macarıstan arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirib.

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, “Türkologiya” jurnalının dərc olunması və məqalələri haqqında müzakirələr aparılıb.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*