İngilis-dili müəllimi Fidan Dadaşova: "Dərsi yeni metodlarla anlatmağı üstün tuturam"
- Fidan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu dili çox sevirdim. Əvvəlcə, bir neçə fərqli sahədə çalışmışam. Amma heç birindən zövq almırdım. Anladım ki, mənim tam istədiyim peşə məhz müəllimlikdir. Ona görə də bu peşəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirisiniz?
- Hər zaman yeni metodlarla anlatmağı və daha da asanlaşdırmagı üstün tuturam. Özüm də hər bir yeniliklərlə məğul oluram.
- Siz həm də bir kitab müəllifisiniz. Bu ideya sizdə necə yarandı?
- Özüm də öyrənəndə mənə dil və qrammatika çətin gəlirdi. Sonra araşdıraraq çalışdım. Daha asan necə olarsa, elə tərzdə bir kitab yazmaq qərarına gəldim.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda beynəlxalq imtahanlarla bağlı müraciətlər daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Tədris mərkəzlərində dil öyrədilərkən ancaq qramatikaya üstünlük verilməsinə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox mülayim, yola gedən, təmkinli, punktual, öz güvənli və çalışqan biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Dili mütləq gələcəklərinin parlaq olması üçün oxusunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu iş həyatımın bir parçası olacaq və tələbələrimə bu qədər gözəl münasibət quracağam.
Əlaqə nömrəsi (070) 213 83 09