"Mələklərim" uşaq bağçasının direktoru Zülfiyyə Rzayeva: "İşimizi vicdanla icra etmək əsas iş prinsipimizdir"
- Zülfiyyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Məni bu peşəni seçməyə həvəsləndirən uşaqlara ola böyük və tükənməz sevgim olub.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 7 ilə yaxındır ki, bu sahədə həvəslə xidmət göstəririk.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bu sahə üzrə tez-tez valideynlərlə görüşlər təşkil edirik, onların idea və təkliflərini dəyərləndirirəm. Həmçinin bu sahəni necə daha da mükəmməl vəziyyətə gətirib çıxara bilməyimiz üçün təlim və konfranslara qoşuluram.
- Bağçanızda hansı xidmətlər göstərilir?
- Mələklərim uşaq bağçasında:
Azərbaycan və Rus bölməsi olmaqla hər yaş qrupuna uyğun qruplar fəaliyyət göstərir
Həmçinin:
Rəqs
Gimnastika
Şahmat
Pianino
Rus dili
İnglis dili
Erkən inkişaf qrupları
Montessori
Loqoped
Psixopedaqoq
Psixoloq fəaliyyət göstərir.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas iş prinsipimiz vicdanla və layiqincə işimizi icra edib, baxçamıza müraciət edən balalarımıza daha parlaq və sağlam gələcək bəxş etməkdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar müraciətlərin çoxu Rus və İnglis bölməmizə uşaq qəbulu, həmçinin Nitq inkişaf ləngiməsi və s. ilə bağlı olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq məsuliyyətsizliyə "YOX" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq işini, ailəsini sevən, böyükdən kiçiyə hər kəsi anlmağa çalışıb qayğısına qalan, işində ciddi və məsuliyyətli biriyəm.
- Ailəlisinizmi?
- Bəli ailəliyəm, övladlarım və nəvələrim var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim budur ki, övladlarını əmanət etdikləri yerləri yaxşı araşdırsınlar, çünki körpələr bizim gələcəyimizdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, valideynlər və uşaqlar tərəfindən bu qədər sevgi görərəm.
Əlaqə nömrəsi: (070) 729 71 70