Pedaqoq, Hipnoterapevt Sevinc Qasımova: "Xeyri olmayacaq seansı pasiyentə rəva bilmirəm"
- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyimin səbəbi, bu terapiya vasitəsilə məni narahat edən problemlərimdən çox mükəmməl şəkildə müalicə olunduqdan sonra təhsil alaraq insanlara da şəfa vermək istəyim oldu.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hipnoterapiya ilə müalicə Azərbaycanda hələ o qədər də geniş yayılmayan sahədir . Təhsilimi Almaniyada və Türkiyədə bu sahə üzrə təhsil verən müəllimlərdən almışam. Panik - atak, yuxu problemləri , özgüvən əskikliyi, uşaqlıq travmaları, xroniki ağrılar, əsəb kontrolu , stress və s kimi problemləri müalicə edirik.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Bütün bu adını sadaladığım problemlərdən başqa, ən çox yeniyetmələrdə olan əsəb , dərslərində diqqət dağınıqlığı , özgüvən və motivasiya əskikliyindən əziyyət çəkənlər daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Müalicəsi bizim terapiya vasitəsilə olmayacaq heç bir insana maddi və mənəvi ziyan dəyməsin deyə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xeyri olmayacaq heç bir seansı pasiyentə rəva bilmirəm. Mərhəmətliyəm. Daim haqlının yanında oluram.
- Ailəlisinizmi?
- Ailəliyəm. Üç övladım, iki nəvəm var.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, həyatım, fikirlərim bu qədər pozitivlə dolub-daşar və ətrafımdakı insanlara da bunu yaya bilərəm.
Əlaqə nömrəsi: (010) 212 84 04