Uşaqların sevgisini qazanan müəllim
Həsənova Sitarə 1988-ci il, fevralın 2-si Ordubad rayonunda, ziyalı ailəsində anadan olub. Musiqiçi ailəsində dünyaya gəldiyinə görə musiqiyə, şer yazmağa marağı çox olub. Atasının istəyi ilə müəllimlik peşəsinə yiyələnib. O, öz sənətini çox sevir. Ən əsası, uşaqların sevgisini qazandığı üçün çox xoşbəxt olduğunu deyir.
Mən sənin adına, sənin şanına,
Deyə bilməmişəm son sözü, Ana
Sən layla çalmısan əziz körpənə,
Laylanla açılıb dan üzü, Ana.
Yuxusuz qalmısan, yorulmamısan,
Yavruna yüz dəfə söyləmisən can.
Canından can verib candan olmusan,
Səni bezdirməyib bu dözüm, Ana.
Sən tale ulduzum, dan ulduzumsan,
Könül sultanımsan, alın yazımsan.
Parlaq almazımsan, Solmaz yazımsan,
Atam ürəyimdi, sən gözüm, Ana.
Müəllif: Sitarə Həsənova