Bu günki sual cavab rubrikamızın qonağı Sulutəpə hazırlıq mərkəzinin müdiri eyni zamanda mərkəzin riyaziyyat və YÖS dərslərini tədris edən Murad Bayramovdur.
1. YÖS nədir?
Cavab: YÖS yabancı uyruklu öyrənci sınavı deməkdir. Yəni Türkiyədə təhsil almaq istəyən gənclər bu imtahandan keçməlidirlər. Əvvəllər İmtahan Ölçme, Seçme ve Yerleştirme Merkezi (ÖSYM) tərəfındən həyata keçirilirdi. İndi hər universitet özü tənzimləyir.
2. YÖS yoxsa SAT?
İngiliscəsi əla olan şagirdlərə SAT tövsiyə edərəm. Ancaq ingiliscə ilə bərabər məntiqi də ingilizcə qavramaq lazımdır. Bəzi universitetlərdə YÖS imtahanından əlavə SAT imtahanını da tələb edə bilirlər.
3. YÖS imtahanı üçün minimum bal nə qədərdir?
Ümumilikdə 40 bal. Hər ixtisasa görə dəyişir.
4. YÖS imtahanı necə sualdan ibarət olur?
Əsasən təməl biliklərdən ibarət olur. Sualların tərkibini universitetlər özü müəyyən edir. Amma ümumi olaraq hər universitetdə YÖS mathematik, geometri və İQ suallarından ibarətdir.
5. Türkiyədə tibb fakultəsini qazanmaq üçün neçə bal lazımdır?
Tibb və mühəndislik yüksək bal tələb edir. Tibbi qazanmaq üçün 95 faizdən yuxarı yazmaq lazımdır. Hələ bu sizin onu qazanmağınızı qaranti etmir.
6. YÖS də yeniliklər haqqında nə deyərdiniz?
Son ildə (2022 və 2023) tədris ilində üç dəfə sistem dəyişikliyi oldu. Nəhayət 2023 ildə YÖK adını dəyişərək Tr-YÖS oldu. Bir də "Mavi kart" ilə əlaqədar olaraq 10% kontingent məhdudlaşdırılması var.
7. Sosial mediyada sizin artıq ikinci kitabınız haqqında paylaşımlar var. Bu haqda nə deyərdiniz?
Bu bizim ikinci kitabımızdır. Mənimlə birlikdə Cavid Tağıyev və Cəlal Qocayev kimi illərlə abituriyent yetişdirmiş peşəkar müəllimlərdə həmmüəlifdirlər. Hələlik iki kitabımız var. Birincisi bütün abituriyentlərə lazım olan buraxılış tipli suallar toplusudur.
İkincisi isə Azərbaycanda ilk olacaq isbat tipli suallar toplusudur.
Sonda sizə YÖS dərsləri ilə baglı kampaniyanın barədə də məlumat vermək istərdim 27noyabr-27dekabr tarixində Mərkəzimizdə ödənissiz YÖS dərsləri keçirilir.Ətraflı məlumat əldə etmək ücün valideynler 010-526-45-38 və 051-596-45-38 nömrəsi ilə elaqə saxlaya bilərlər.