Pedaqoq Səadət Məmmədova: "Hər bir şagird oxumalı və gələcəyə işıq saçmalıdır"
- Səadət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bilirik ki, hər kəsin uşaqlıqdan müxtəlif arzuları və xəyalları olur. Mənim ən böyük uşaqlıq xəyalım təhsil vermək ,uşaqları sevindirmək olub. Bu arzum həyata keçdiyi üçün çox xoşbəxtəm. Hal-hazırda o gözəl adı, yəni müəllim adını daşıyıram və işimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hər zaman kreativ fikirlər axtarışındayam. Öz üzərimdə daima çalışıram. İşlədiyim müddətdə bir çox təlimlər və seminarlara qatılmışam. Hələ də öyrənməyə davam edirəm. İşlədiyim müəssisədə öz fənnimi yaxşı icra etməklə yanaşı bildiklərimi şagirdlərimə tətbiq edirəm. Onların uğurlarını görmək mənə stimul verir. Hər açılan sabaha daha hansı yenilikləri şagirdlərimə çatdıra bilərəm düşüncəsi ilə oyanıram. Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir.
- İş prinsipiniz nədən ibarətdir?
- Bu suala bacarıqlı əllər deyərdim. Ümumi təhsil məktəbində texnologiya fənni üzrə fəaliyyət göstərirəm . Mədəniyyət, davranış hər biri bu fənndən başlayır. İxtisasımı sevirəm. Bununla yanaşı peşə təmayüllü siniflər üzrə də fəaliyyət göstərirəm. Hansı ki, bu sahədə hər bir şagirdə peşə verir. Əli sənətsiz heç bir uşaq qalmır .
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Müəllimlərin İşə Qəbulu və Sertifikasiyası ilə bağlı müraciətlər çox olur.
Kurikulum və texnologiya üzrə.
- Bir mutəxəsiss olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərin övladlarına təhsil verməmək kimi düşüncələrinə "yox" deyirəm. Hər bir şagird oxumalı və gələcəyə işıq saçmalıdır.
- Xarakter olaraq necə birisiniz?
- Bir müəllimin ən böyük gücü səbrdir. Xarakter olaraq səbrli, güclü birisiyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Xəyallar xəyal olaraq qalmır. Hər zaman xəyal etdiyiniz arzuların arxasıyca gedin. Uğur nərdivanları sizi gözləyir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün bu xəyalım gerçək olacaq və mən o balaca qız böyüyüb, şagirdlərinə salam uşaqlar, bu gün necəsiniz? sualı ilə dərsə başlayacaq.
Şagirdlərimin və müdavimlərimin sevgisi məni hər zaman xoşbəxt edir. Bir müəllim var Qismət Məmmədova, hər zaman deyirdi : Səadətim, müəllim olmaq asandır, amma müəllimlərin müəllimi olmaq isə çətindir hər adamın işi deyil. Bu məsuliyyətli peşəni daşıdığım üçün özümlə qürur duyuram.
Əlaqə nömrəsi: (070) 235 10 77
Facəbook: Səadət Məmmədova