Klinik psixoloq Şəhanə Naxçıvanlı: "Sosial fobiya ictimai qınaq qorxusudur"
Sosial fobiya nədir?
Sosial fobiya ictimai qınaq qorxusudur. Daha çox gənclərdə rast gəlinir. Bu insanlar öz çərçivələrindən kənara çıxa bilməkdə çətinlik çəkirlər. Yeni mühit, dostluqlar onlar üçün heç də rahat deyil. Sadəcə öz olduqlarlı ortamı sevir, köhnələr üzərində rahatlıq tapırlar.
Əlamətləri.
Utancaqlıq, üzün qızarması, əllərin tərləməsi, əsməsi, qeyri iradi sidik ifrazı,
kütlə qarşısında danışmaqdan qorxma, səhv etməkdən çəkinmə. Şəxs əslində bunların beyninin uydurması olduğunu yaxşı anlayır. Lakin özü bu düşüncələri ilə baş edə bilmir.
Bəs yaranma səbəbi nədir?
Kiçik yaşda ailə tərəfindən müqaisələr, utandırılma, ailənin hədsiz himayəsi, yaşıdları tərəfindən ələ salınma, təklənmə və s. Hər kədsə səbəblər müxtəlif ola bilər.
Bu insanların mütəxəsisə gec müraciət etməsinin səbəbi ailənin bunu xəstəlik deyil, xasiyyət kimi qəbul etməsidir. Sosial fobiya çətin bir problem kimi görünsə də, mütəxəssis dəstəyi ilə asanlıqla aradan qalxan bir narahatlıqdır.
Əlaqə nömrəsi: (070) 309 00 85