Pedaqoq, tərcüməçi Mahirə Atakişiyeva: "Hər bir tələbəmə individual yanaşmağa çalışıram"

- Mahirə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
-Mən ziyali bir ailədə dünyaya gəlmişəm. Valideyinlərimin hər ikisi də müəllimdir. Bu peşəni sevməkdə və seçməkdə onların rolu böyükdür.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Mən artıq 6 ildir ki, müəllim kimi fəalliyət göstərirəm. Düzdür, əvvəllər başqa sahələrdə də çalışmışam, ancaq müəllimlik mənim üçün bir zirvədir. Mənə görə, yeganə bu sənətdir ki, gələcək nəslə yön verə bilirsən, gənclərin gələcəyini düzgün qurmaqda dəstək ola bilirsən.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən İngilis dili müəllimiyəm. Daima xarici universitetlərin vebinarlarina qatılıram. İstər canlı, istər online şəkildə. Onların tədris, təlim üsullarını öyrənərək, dərslərimə tətbiq edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən ilk olaraq hər bir tələbəmə individual yanaşmağa çalışıram. Bir neçə dərs onların xarakterini öyrənməyə sərf edirəm. Mənim fikrimcə, tədris o zaman keyfiyyətli olur ki, şagird həmin fənni tədris edən müəllimə hörmət və rəğbət bəsləyir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Əsasən qız uşaqlarının təhsildən yayındırılmasına və erkən nikahlara "yox" deyirəm. Və yaxud da hər hansı bir qadının təhsil almasına baxmayaraq işləməyinə icazə verilməməsinə. Mənim fikrimcə, hər bir qadın öz ayaqları üzərində durmağı bacarmalıdır. Mən hər zaman qız tələbələrim ilə bu mövzuda maarifləndirici söhbətlər edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
6.Bilirsiniz ki, buraxılış imtahanlarına az bir müddət qalıb. Bəzi tələbələrdən "mən yaza bilməsəm? mən uğurlu ola bilməsəm? "və sair.kimi suallar gəlir. Hər birinə motivasiya verməyə, dəstək olmağa çalışıram, inandirmaq isdəyirəm ki, hər şey çox gözəl olacaq, özlərinə güvənməlidirlər.
- Xarakter olaraq necə birisiniz?
- Dərs müdətində təmkinli, səbirli, gülərüz, ən əsasi şagirdlərimi dinləməyi sevirəm. Çünki onlar biz müəllimlərin əsəridirlər.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim odur ki, daima oxuyub, öyrənib özlərini inkişaf etdirsinlər. Sevdikləri peşədə çalışsınlar.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki, onlarla şagirdlərim məni örnək götürərək İngilis dili müəllimi olmaq istəyəcəklər. Bu həqiqətən bir müəllim kimi məni çox sevindirir.
Əlaqə nömrəsi: (070) 569 19 32