Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Yeni il şənliyi keçirilib

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında dovşanlar, pərilər, qar dənəcikləri, Cırtdan və digər qəhrəmanların simasında Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin, həmçinin Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında məzəli Yeni il konsert proqramı nümayiş olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də digər qonaqlar iştirak edib.
Təqdim olunan konsert şagird-tələbə və aktyor heyətinin maraqlı çıxışı, əsrarəngiz musiqi və zəngin dekorasiyalarla yadda qalıb.
Konsert proqramı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirin rejissoru Əməkdar artist Nicat Kazımov, bədii rəhbəri isə BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-zadədir.