Türkiyənin milli təhsil naziri Azərbaycana gəlib

Türkiyənin milli təhsil naziri Mahmud Özer Azərbaycana gəlib.
APA Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir Bakıya səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Daha sonra türkiyəli nazir Şəhidlər xiyabanı və Türk şəhidliyində olub.
Səfər çərçivəsində Mahmud Özerlə Azərbaycanın elm və təhsili Emin Əmrullayev arasında görüş olacaq.