Ən çox əlillik təyin olunan xəstəliklər AÇIQLANDI
Ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb.
Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O bildirib ki, sözügedən xəstəliklər ardıcıllıqla psixi və davranış pozğunluğu, sinir, onkoloji, göz və qan dövranı xəstəlikləridir.
"Bütün təyin olunan əlilliyin 60 faizi bu xəstəliklərin payına düşür" - deyə o Agentlik sədri qeyd edib.