Bioenerji mütəxəssisi Turkay Rəsul: "Ruhunuzu ve qəlbinizi dinləyin"
- Türkay xanım, özünüzü təqdim edin, zəhmət olmasa.
- Mən Enerji mütəxəssisi, Ruhsal Şəfaçı Bioenerji Master və Terapisti, Bədən dili mütəxəssisi, Beynəlxalq Təlimçi Türkay Rəsullu.
- Neçə ildir ki, bu sahə ilə məşğul olursunuz?
- Beş ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu sahəyə maraq sizde haradan yarandı?
- Elə insan var ki, ALLAH ona istedad verib, yaxşı musiqi ifa edir, (həmcinin mən də musiqi kolleci bitirmişəm, amma istedadım yoxdur, not olmadan fortepiano ifa edə bilmərəm) biri yaxşı yemək bişirmək bacarığına sahibdir, biri yaxşı ustadır və s. Bunlar ALLAH verdiyi vergi, istedad və hədiyyədir. Və mənə də ALLAH insanın Ruhsal Bədənlərində olanları, Auranı, Efir Bədənlərini, Enerji Sahələrini görmək istedadı verib. Yüzlərlə təlim alsam da, ALLAH verdiyi istedaddır.
- Sizi digər mütəxəssislərdən fərqləndirən cəhət nədir?
- Dünyada insanların Aurasını görən 5-6 dahi şəxsiyyət var. Onlar qorunurlar və sirləri verilmir. Azərbaycanda isə auranı görən mütəxəssis mənəm, ancaq bundan heç kimin xəbəri yoxdur.
- İş üslubunuz necədir?
- İlk əvvəl Enerji Bədənləri yoxlanılır, Aurada yırtıq, Enerji çarxlarında balanssızlıq, eterik saldırılar, möhürlənmişliklər varsa, Enerji tibbi terapiyası ilə aradan qaldırılır.
- İnsanlara şəfa tapmaqları üçün necə yardımçı olursunuz?
- Hazırda insanların üzərində çox negativliklər var. Çünki hərkəs bir- birini rəqib görür, qısqanclıq edir, hətta qara magiya və s. negativ yollarla pislik edə bilirlər. Onları etməsələr belə, bədnəzərlərini, nəfslərini ötürüb zirvədə olan insanların ruhsal məhvinə səbəb ola bilirlər. Nəzərinizə çatdırım ki, ən böyük ustadlardan aldığım sübuta əsasən, ən ağır tilsimləri (hansı ki, İran ve Bolqarıstan da olanları kimsə təmizləyə bilmir) belə əvvəl ALLAH və mən-Türkay Resul təmizləyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Ruhunuzu və qəlbinizi dinləyin. Əgər gərçəkdən də, Ruhunuzun şəfaya ehtiyacı varsa, ALLAH sizi əsl Şəfaçıya yetirəcəkdir.
Əlaqə nömrəsi: (099) 727 97 99

















