"Mələklər" uşaq bağçasının rəhbəri Lamiyə Məmmədova: "Uşaqlara oxumağı sevdirmək lazımdır"
- Lamiyə xanım, bağça təhsili dedikdə nə başa düşülür?
- Bağçada uşaqlar müxtəlif vəsaitlərlə öyrənirlər. Amma son dövrlərdə məktəbəqədər təhsil var. Bu da birinci sinifə başlayanda həm şagirdlərin, həm də müəllimlərin işini xeyli asanlaşdırır. Biz bağçada dörd-beş yaşa qədər uşaqlara müxtəlif vəsaitlərlə dərs keçirik. Ondan yuxarı yaşlara isə məktəbəqədər təhsil veririk. Bağçanı bitirən uşaqlar yazmağı və oxumağı sərbəst şəkildə bilirlər.
- Ümumiyyətlə, uşaqlara necə yanaşmaq lazımdır?
- Uşaqlara sevgi ilə yanaşanda, ona oxumağı sevdirəndə daha gözəl olur. Və əldə etdiyimiz nəticələr də həm bizi, həm də valideynləri qane edir. Bir də ki, müəyyən bir cədvəl var ki, dərslərin həmin cədvəl üzrə keçirilməsi müsbət nəticələrin alınmasına gətirib çıxardır. Mən özüm də həmin cədvəllərin tərtib edilməsində və dərslərin keçirilməsində şəxsən iştirak edirəm.
- Bu mövzu ilə əlaqədar olaraq sonda nə demək istəyirsiniz?
- Mən çox istərdim ki, valideynlər uşaqlarını baxçadan, məktəbəqədər təhsildən çəkindirməsinlər. Bəzi valideynlər istəyirlər uşaqlarını fərdi olaraq müəllim yanına göndərsinlər. Amma məncə, uşaq dərsi qrup şəklində öyrənəndə daha gözəl nəticə əldə edə bilər. Çünki ən azından digər uşaqlarla qaynayıb-qarışan bir uşaq istər-istəməz sinif ab-havasını da mənimsəmiş olur.
Əlaqə nömrəsi: (051) 520 12 13













