Fizioterapevt-Reabilitoloq Sevinc Məmmədova: "Bu peşəni bu qədər sevəcəyim ağlıma gəlməzdi"

- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 2015-ci ildən etibarən onurğa mütəxəssisi olaraq reabilitasiya sahəsində çalışıram. İxtisasca fizeoterapevt-reabilitoloqam. Türkiyədə və Avropanın bir çox ölkələrində təhsil alışmam, kurslar keçmişəm. Hal-hazırda özüm də masterlik edirəm və yetirmələrini bəynəlxaq sertifikatla təmin edirəm. Bir çox tələbəm var. Qeyd edim ki, bizim mərkəz Klinik Pilatesin Azərbaycanda patentini almış yeganə mərkəzdir. Biz pilates üzrə də tələbələr yetişdiririk. Ümumiyyətlə, bu vaxta qədər minlərlə pasiyentim olub. Müxtəlif xəstəlikləri - skolioz, kifoz, fəqərələrarası disk yırtıqları və s. mualicə edirik. Biz ölkədə onurağanı dərmansız, korsetsiz, əməliyyatsız müalicə edən yeganə Onurğa Bərpa Mərkəziyik. Bu mərkəzin bir neçə filialları da fəaliyyət göstərir.
- İş pirinsipiniz nədən ibarətdir?
- Dürüstlük və halallıq mənim üçün çox vacibdir. Pasiyentin bizdən məmnun qalması üçün əlimdən gələni etmək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Demək olar ki, onurğaya aid butun xəstəliklərlə bağlı müraciətlər olur. Onurğa xəstəlikləri çox yayılıb. Bunun da fonunda daha çox insanların oturaq həyat keçirmələridir.
- Hansı yaş qrupuna aid pasiyentlərlə çalışırsınız?
- Heç bir yaş və cins fərqi yoxdur.
- Nəticələrinizi neçə müddətdən sonra əldə edirsiniz?
- Tam əminliklə deyə bilərəm ki, bir kursa (on gün) nəticəni askar şəkildə görmək olur.
- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz?
- Sahəsi olmayan insanların onurğa müalicəsi ilə məşğul olmasına qəti surətdə yox deyirəm. Belə hallara qətiyyən yolverilməzdir.
- Xarakter olaraq necə birisiniz?
- Disiplini biriyəm. Eyni zamanda, səbrsizəm. İşimdə nəticəni tez əldə etmək istəyirəm. Bir də ki, insanları çox sevirəm. İnsanlara qarşı sevgim olmasa, bu işi görə bilmərəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Maksimum dərəcədə aktiv həyat tərzi keçirsinlər. Onurğa probleminiz varsa, peşəkarlara müraciət edin.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu peşəni bu qədər sevəcəyəm, bu qədər yüksək nəticələr əldə edəcəyəm və bu qədər insanın sevgisini qazanacağam.
Əlaqə nömrəsi: (070) 815 55 20
(070) 520 71 20